RU

Rusiyada bu çiçəyi əkib-becərən 8 il həbs olunacaq

Rusiyada hökumət üçrəngli “səhər şöhrəti” (Ипомея трёхцветная) çiçəyinin əkilib-becərilməsini qadağan edib.
Hafta.az-ın yazdığına görə, buna səbəb kimi çiçəyin toxumlarında halüsinogen maddələrin olması göstərilib.
Baş nazir Mixail Mişustinin imzaladığı hökumət qərarına əsasən, Rusiyada məşhur çöl çiçəyi olan üçrəngli “səhər şöhrəti”nin yetişdirilməsinə görə cinayət məsuliyyəti tətbiq edilib. Yeni qanuna görə, on və ya daha çox “səhər şöhrəti” kolu yetişdirmək Cinayət Məcəlləsinin 231-ci (Tərkibində narkotik vasitələri və ya psixotrop maddələr olan bitkiləri qanunsuz becərmə) maddəsi ilə cəzalandırılmaq üçün kifayətdir.
Bu maddə üzrə ən yüksək cəza 8 ilədək müddətə azadlıqdan məhrum etmədir.
Dövlət Dumasının deputatı Sergey Qavrilov “RİA Novosti”yə izah edib ki, “səhər şöhrəti” toxumlarında halüsinogen maddələr var. Onun sözlərinə görə, indi vətəndaşlar üç qram belə toxumun saxlanmasına və ya alınmasına görə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Eynilə, “harmala” və “turbin korimbozları”nın becərilməsi də qadağan edilib.

Избранный
586
hafta.az

1Источники