RU

Şəmkirdə qadını şantajla intihar həddinə çatdıran tanışı həbs edilib

Şəmkirdə
Şəmkirdə qadını intihar həddinə çatdırmaqda ittiham olunan tanışı həbs edilib. Şəmkir rayon Prokurorluğundan 1news.az-a verilən xəbərə görə, iyunun 3-də Şəmkir rayon sakini Nərmin Məmmədovanın yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla Elnar Məmmədovu tanışı Nərmin Məmmədovadan zor tətbiq etmə və barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etməsi nəticəsində onu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib. Elnar Məmmədova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələrilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Избранный
62
10

9Источники