RU

Yaponiya tarixində ilk dəfə qadın admiral rütbəsi alıb

Yaponiyanın Müdafiə Nazirliyi ölkə tarixində ilk dəfə olaraq qadına ən yüksək admiral rütbəsinin verilməsinə dair qərar qəbul edib.Bu, əvvəllər vitse-admiral rütbəsi ilə böyük dəniz komandanlığı heyətinin hazırlanması məktəbinə rəhbərlik edən 57 yaşlı Natsue Kondo olub. Qadın admiral artıq Yaponiyanın Sahil Müdafiə Qüvvələrinin komandanı olacaq.

Qeyd olunub ki, Yaponiya Müdafiə Nazirliyi hazırda silahlı qüvvələrdə komandanlıq vəzifələrində çalışan qadınların sayının artırılması proqramı həyata keçirir. 2025-ci ilə qədər onlar mayor və yuxarı rütbələrdə olan zabit və generalların ən azı 5%-ni təşkil etməlidir.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
447
1
azvision.az

10Источники