RU

BMT Qəzzanı artıq həyat üçün uyğun olmayan yer adlandırıb

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Qəzzadakı dağıntılar o qədər böyükdür ki, onu artıq yaşana bilən yer adlandırmaq olmaz. Bu sözləri BMT-nin Fələstin Qaçqınlarına Yardım Agentliyinin baş komissarı Filipp Lazzarini deyib.

“Mən Qəzzadan qayıtdım, bu, müharibə başlayandan bəri bu yerə üçüncü səfərim idi. Və hər dəfə vəziyyət daha da pisləşir. Bu gün Qəzza artıq yaşana bilən bir yer deyil” , – deyə Lazzarini bildirib.

Lazzarini həmçinin əlavə edib ki, dekabrın 1-dən sonra Qəzzada döyüşlər bərpa olunduqdan sonra BMT anklavın şimal hissəsinə çıxışını itirib.

Избранный
76
9
nocomment.az

9Источники