RU

Dubayda türk turistin geyiminə MÜDAXİLƏ ETDİLƏR – VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə istirahətə gedən türk turistin geyiminə müdaxilə ediblər.

Medianews.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o açıq-saçıq geyindiyi üçün yemək yediyi restoranlardan birinin əməkdaşının ona bürünməsi üçün şal verib.

Turistə yalnız bu halda restoranda əyləşə biləcəyini bildiriblər.

Gənc qız həmin anları kameraya çəkib. O yaşadığı hadisəni sosial şəbəkə izləyiciləri ilə bölüşərək geyiminə müdaxilə edildiyini deyib.

Sosial platformalarda yayılan görüntü qısa müddət ərzində viral olub.

 

Избранный
115
2
medianews.az

3Источники