RU

Stirlinq Fondunun prezidenti: Yuta ştatının dini icması Azərbaycanla mənəvi əlaqələrin dərinləşməsində maraqlıdır

Bakı, 1 dekabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-ın Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansenlə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə şeyxülislam A.Paşazadə Stirlinq Fondunun həmtəşkilatçılığı ilə Bakıda Tolerantlıq Günü ilə bağlı keçirilən beynəlxalq konfransı, Azərbaycandakı dini konfessiya rəhbərlərinin ABŞ-ın Yuta ştatına builki səfərini xatırlayıb. Diqqətə çatdırılıb ki, ölkəmizin multikultural dəyərlərinin təşviqi baxımından həyata keçirilən səfər zamanı nümayəndə heyəti Yutanın ən böyük sərvətinin məhz onun qonaqpərvər, insanpərvər, mənəvi baxımdan zəngin insanlarının olduğunu məmnunluqla müşahidə edib.

QMİ sədri Stirlinq Fondunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları həyata keçirilməsində yaxından iştirak etməsini yüksək dəyərləndirib, bu fəaliyyəti – müqəddəs dəyər olan insan həyatının qorunması yönündə səylərin yüksək olduğunu diqqətə çatdırıb. A.Paşazadə bildirib ki, dövlətimiz azad olunmuş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri həyata keçirir, işğal dövründə dağıdılmış, vandalizmə məruz qalmış dini-mənəvi abidələrimizi, məscidlərlə yanaşı kilsələri və digər məbədləri bərpa edir.

Stirlinq Fondunun prezidenti Edvard Rounun salamlarını çatdıran M.Hansen səmimi görüşə görə şeyxülislama minnətdarlığını bildirib. Azərbaycana hər səfərdən mənəvi zövq aldığını deyən amerikalı qonaq ölkəmizin multikultural həyat tərzinin olduqca böyük əhəmiyyət kəsb etdiyini, Yuta ştatının dini icmasının Azərbaycanla mənəvi əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulayıb. O, şeyxülislam A.Paşazadəni Yuta ştatına bir daha səfərə dəvət edib.

Şeyxülislam A.Paşazadə ünsiyyətdə olduğu dünya dini liderlərinin Stirlinq Fondu, Yuta mormon kilsəsi haqqında müsbət fikirlərini eşitməkdən məmnunluq duyduğunu bildirib, səmimi salamlarını və ən xoş arzularını Fondun Prezidenti E.Rouya çatdırmağı xahiş edib. Bu əsnada, QMİ sədri il ərzində iştirak etdiyi qlobal dini forumlar barədə qonağa məlumat verib.

Sonda xatirə fotosu çəkilib.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
330
7
azertag.az

10Источники