İndoneziyada 6 bal gücündə zəlzələ baş verib.
BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
6 bal gücündəki zəlzələ yerin 119 kilometr dərinliyində qeydə alındığını bildirib.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi sunami təhlükəsinin olmadığını açıqlasa da, ehtimal olunan yeraltı təkanlar barədə xəbərdarlıq edib.
BiG.Az