AZ

Güney Azərbaycanda 4,2 bal gücündə zəlzələ olub 

Vətəninfo.az “Mehr News” saytına istinadən xəbər verir ki, bu gecə Ərdəbil əyalətinin Xiyav (Meşkinşəhr) şəhərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, 7 kilometr dərinlikdə meydana gələn zəlzələ Güney Azərbaycanın Təbriz və Sarab şəhərlərində də hiss edilib.
Zəlzələ nəticəsində dağıntı və ya insan itkisi olmadığı bildirilir.

Seçilən
298
50
veteninfo.az

10Mənbələr