ABŞ-də keçiriləcək prezident seçkilərində artıq 50 milyondan çox amerikalı erkən səs verib.
Missiya.Az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Dərc edilmiş məlumatlara görə, bu seçicilərin təxminən 39%-i qeydiyyatdan keçmiş Demokratlar partiyasından, təxminən 36%-i qeydiyyatdan keçmiş respublikaçılar partiyasındandılar. Üstəlik, bütün seçicilərin 41 faizi 65 yaşdan yuxarıdır.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Daşqın HəsənovMissiya.Az