RU

Bakıda dəhşət: İki nəfər qatarın altında qalıb öldü

Oktyabrın 29-da saat 22:15-də "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər qəfil qatarın qarşısına çıxıb...

Poliqon bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Stansiya əməkdaşları hadisə yerinə dərhal təcili yardım briqadası çağırsa da, hər iki şəxs aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

"ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi ciddi tövsiyə edir. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur", - deyə ADY bəyan edib.

***

Ötən gecə saat 22 radələrində paytaxtın Qaradağ rayonu ərazisində 2 nəfər qatarın altında qalaraq ölüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü E.Fərzəliyev və 2007-ci il təvəllüdlü S.Zərbəliyev hərəkətdə olan qatarın altında qalıblar.

Onlar aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Poliqon.info

Избранный
13
33
poliqon.info

10Источники