Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub. Yeniavaz.com Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, üç qızıl medal qazanan millimiz 85 xalla dünya çempionu olub. Titulunu qoruyan komandamız ardıcıl 2-ci dəfə bu uğura imza atıb. Azərbaycan ən yaxın izləyicisi olan İranı 34 xal qabaqlayıb. Millimiz bu uğurla Azərbaycan güləşində birdən-birə 2 rekordu yeniləyib. İkinci dəfə dünya çempionluğu kubokunu qazanmaqla böyüklər arasında güləş növlərimiz arasında ilkə imza atan yunan-Roma millimiz həm də bir DÇ-də 3 qızıl medal qazanan ilk komandamız olub.