RU

Təkər emalı müəssisəsində yanıq xəsarətləri alan fəhlə xəstəxanada ölüb

1 həftə öncə Sumqayıtda təkər emalı müəssisəndə qaz sızmasından baş vermiş partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.

“Report” un yerli bürosu məlumat verir ki, oktyabrın 23-də Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yerləşən “Azreferum” QSC-də qaynaq işi görən 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev qaz sızması nəticəsində baş vermiş partlayışda ağır yanıq xəsarətləri almışdı.

Aparılan müalicə və müayinələrə baxmayaraq, Təbriz Məmmədəliyev bu gün müalicə aldığı Bakı şəhərində yerləşən Yanıq Mərkəzində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
6
8
far.az

10Источники