RU

Ərdoğan ELAN ETDİ

Dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısı olan Türkiyə əsas diqqətini pilotsuz və avtonom döyüş platformalarının işlənib hazırlanmasına yönəldəcək və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemi yaradacaq.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada ilk milli çoxməqsədli “T625 GÖKBEY” helikopterinin jandarm qüvvələrinə təhvil verilməsi mərasimində bildirib.

“Biz PUA bazarında dünyanın ən böyük istehsalçısıyıq. 2018-ci ildən bu günə qədər dünya üzrə bütün PUA satışlarının 65 %-i Türkiyə şirkətlərinin payına düşür. PUA istehsalı ilə yanaşı, biz yaxın gələcəkdə əsas diqqəti döyüş platformalarının – pilotsuz və avtonom dəniz nəqliyyat vasitələrindən tutmuş sualtı platformalara və təyyarədaşıyanlara qədər - işlənib hazırlanmasına yönəldəcəyik”, - Ərdoğan deyib.

O, Türkiyənin təhlükəsizliyi üçün hava hücumundan müdafiə sistemlərinin həyati əhəmiyyətini qeyd edib.

Избранный
9
9
publika.az

10Источники