RU

Kadırov çeçenlərə müraciət edib

Çeçenistan xüsusi hərbi əməliyyat\zonasına daha tez-tez könüllülərlə birlikdə təyyarələr göndərməlidir - həftəlik deyil, hər gün.

SİA TASS-a istinadən xəbər verir ki, bu sözləri regionun rəhbəri Ramzan Kadırov Qudermes bölgəsində xüsusi təyinatlılar universitetinin binasına pilotsuz uçuş aparatının hücumundan sonra deyib.

Kadırov könüllülərin sayının artırılmasının vacibliyini “Çeçenistanla zarafat etmək mümkün olmadığını” sübut etmək zərurəti ilə izah edib.

...Mən əsl kişiləri torpağımızı, dövlətimizi, xalqımızı müdafiə edərək könüllü döyüşə çıxmağa çağırıram ki, hər gün təyyarələrimiz cəbhə xəttinə göndərilsin., - deyə Ramzan bildirib.

Daha əvvəl bildirilmişdi ki, Kadırov çeçenlərə Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini əsir götürməməyi, dərhal onları məhv etməyi əmr edib. O, dron hücumundan sonra da belə bir açıqlama verib.

Əli Babayev

Избранный
23
1
sia.az

2Источники