RU

Planoda Türk bayramı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatının böyük rayonlarından olan Planonun meri Con Mans (John Muns) oktyabrın 29-nu şəhərdə Türkiyə Cümhuriyyəti Günü elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, Texas ştatının Türk icmasını təmsil edən Texas Türk Cəmiyyətinin (Turkish Society of Texas - TÜRKSOTX) təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə bayram gecəsi keçirilib.

Respublika Bayramının coşğu ilə qeyd edildiyi tədbirdə müğənni Fərhad Göçer, Müjde Kızılkan və İskender Paydaş orkestri ifa edib.

Plano Bələdiyyə başçısı C.Mans çıxışında deyib: “29 oktyabr tarixini Planoda Türkiyə Cümhuriyyəti Günü elan etdiyimiz bəyannamədə də vurğulayırıq ki, şəhərin müxtəlifliyində Türk-Amerika icması mühüm rol oynaır. Mən bütün vətəndaşları Plano Şəhər Şurasına bu 101 illik yubileyi qeyd etməyə dəvət edirəm”.

Избранный
8
2
sia.az

3Источники