RU

Yaponiyada "Meta"ya qarşı "Facebook"dakı dələduz reklamlarına görə iddialar qaldırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaponiya sakinlərinin bir qrupu "Facebook"dakı dələduz reklamların qurbanı olduqları üçün "Meta Platforms Inc." şirkətinə qarşı bir neçə iddia qaldırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilib ki, iddialar 30 yerli sakinin adından beş yerli məhkəməyə 435 milyon yen (təxminən 2.8 milyon dollar) məbləğində təqdim edilib. Söhbət "Facebook"da yerləşdirilən və yapon məşhurlarının adından investisiya fonduna pul yatırmağı təklif edən reklamlardan gedir. Əslində, bu yapon məşhurlarının heç birinin fondla əlaqəsi olmayıb və fond özü də mövcud olmayıb. Zərərçəkənlər iddia edirlər ki, "Facebook" istifadəçilərini dələduzlardan qorumaq üçün lazımi addımlar atmayıb.
Избранный
25
50
oxu.az

10Источники