ABŞ administrasiyası Çinə qarşı müəyyən yarımkeçiricilər, kvant və süni intellekt sistemlərinə investisiyaları məhdudlaşdıran yekun qaydaları açıqlayıb.
İndex.az xəbər verir ki, qaydalar 2025-ci il yanvarın 2-dən qüvvəyə minəcək.
ABŞ prezidenti Co Baydenin ötən il məsələ ilə bağlı verdiyi fərmanına işarə edilən açıqlamada onun həyata keçirilməsi qaydalarının müəyyən edildiyi bildirilib.
Açıqlamada investisiyaların məhdudlaşdırıldığı texnologiya sahələrinin yarımkeçiricilər və mikroelektronika, bununla yanaşı, kvant informasiya texnologiyaları və bəzi süni intellekt sistemləri olduöu qeyd edilib.