RU

Azad edilən ərazilərdə fəaliyyət göstərən məktəb və bağçaların sayı açıqlanıb

Hazırda azad edilən ərazilərdə 10 ümumi təhsil müəssisəsi (məktəb), 4 məktəbəqədər təhsil müəssisəsi (bağça) fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.

Onun sözlərinə görə, bağçalarda 96 uşaq, məktəblərdə 1803 nəfər şagird (məktəbəhazırlıqla birgə) olmaqla ümumilikdə 1899 nəfər təlim-tədrisə cəlb olunub.

Избранный
5
15
far.az

10Источники