RU

Planoda Türk bayramı

 

  Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatının böyük rayonlarından olan Planonun meri Con Mans (John Muns) oktyabrın 29-nu şəhərdə Türkiyə Cümhuriyyəti Günü elan edib.

  Texas ştatının Türk icmasını təmsil edən Texas Türk Cəmiyyətinin (Turkish Society of Texas - TÜRKSOTX) təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətin 101-ci ildönümü münasibətilə bayram gecəsi keçirilib.

  Respublika Bayramının coşğu ilə qeyd edildiyi tədbirdə müğənni Fərhad Göçer, Müjde Kızılkan və İskender Paydaş orkestri ifa edib.

  Plano Bələdiyyə başçısı C.Mans çıxışında deyib: “29 oktyabr tarixini Planoda Türkiyə Cümhuriyyəti Günü elan etdiyimiz bəyannamədə də vurğulayırıq ki, şəhərin müxtəlifliyində Türk-Amerika icması mühüm rol oynaır. Mən bütün vətəndaşları Plano Şəhər Şurasına bu 100 illik yubileyi qeyd etməyə dəvət edirəm”.

 



Избранный
9
2
trt.net.tr

3Источники