1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"WhatsApp"ın "Android" versiyasına süni intellektə əsaslanan yeni funksiya əlavə edilib. Tətbiqin tərtibatçıları bildiriblər ki, "Meta Al" texnologiyasından istifadə edən çat-bot, ən uyğun cavabları təmin etmək üçün istifadəçilərin yazışmalarının bir hissəsini yadda saxlaya bilir.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Tərtibatçıların bildirdiklərinə görə, bu funksiya hazırda inkişaf mərhələsindədir. İstifadəçilər "Yaddaş" bölməsi vasitəsilə saxlanılan məlumatları idarə edə biləcək və istədikləri zaman çat-botdan məlumatları silə biləcəklər.