RU

Aktyor və arvadı 50 min manata görə qətlə yetirildi - Cinayətin TƏFƏRRÜATI

Oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda iki nəfər şəxs yaşadığı mənzildə öldürülüb.

Ucnoqta.az-ın Milli.az-a istinadən məlumatına görə, araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Zusyeviç Tkaç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Mixaylovna Tkaçı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, İosif Tkaç 1997-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyib. Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb.

Cinayət hadisəsini törətməkdə şübhəli bilinən İslam Hadıyev aktyorun evində əvvəllər usta kimi çalışıb və bu müddət ərzində də yaşlı ər-arvadın etibarını qazanıb.

İ.Hadıyev mərhələli şəkildə onlardan 50 min manata qədər borc alıb, sonra isə aldığı borcu qaytarmayıb. Münaqişə də bundan sonra başlayıb. İosif Tkaç və arvadı Lyudmila Tkaç pulu qaytarmayacağı təqdirdə İ.Hadıyevdən polisə şikayət edəcəklərini bildiriblər.

İ.Hadıyev də son dəfə onların yaşadıqları mənzilə gələrək ər-arvadı öldürüb və daha sonra Salyan rayonuna qaçıb. Qaçdığı Salyan rayonunda da polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hazırda faktla bağlı Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
34
31
ucnoqta.az

10Источники