RU

Gürcüstan: Müxalifət partiyaların dördü də yeni parlamenti boykot etdi

Gürcüstanda dörd müxalifət partiyası oktyabrın 26-da keçirilən seçkilərdən sonra yeni seçilmiş parlamenti boykot edəcəklərini bəyan ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə bazar ertəsi, oktyabrın 28-də "Azadlıq radiosu” yazıb.

Xüsusilə, Gürcüstanın müxalifət partiyası olan "Qaxariya Gürcüstan naminə” "Gürcü arzusunun qeyri-legitim parlamentində” iştirak etməyəcəyini bəyan edib.

Beləliklə, parlamentə düşən dörd müxalifət partiyasının hamısı yeni parlamenti boykot edəcəklərini açıqlayıblar, deyə "Azadlıq radiosu” qeyd edir.

Eyni zamanda, müxalifət etirazlara çağırır. İlk aksiya oktyabrın 28-i axşam Tbilisinin mərkəzində baş tutacaq.

"Etiraz çox vacibdir. Seçicilərimizin olduğu yerdə olacağıq, indiyə qədər olduğumuz kimi, gələcəkdə də olacağıq”, - deyə müxalifət partiyasının lideri Georgi Qaxariya bildirib.

Bundan əvvəl müxalifətin "Dəyişiklik naminə koalisiya” və Mixail Saakaşvilinin "Birlik – Milli Hərəkat” bloku yeni parlamentin işində iştirakdan imtina etdiklərini açıqlayıb.

Nizami Bağırov
Избранный
10
1
qaynarinfo.az

2Источники