Çinin Quançjou şəhərində uçan avtomobillər üçün ağıllı istehsal bazasının tikintisinə başlanıb. Yeniavaz.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Məlumata görə, tikinti “Xpeng” şirkəti tərəfindən həyata keçirilir. Layihənin sahəsi 180 min kvadratmetrdir. Zavod uçan nəqliyyat vasitəsi üçün hava modulu istehsal edəcək. Agentliyin bildirdiyinə görə, zavodun istehsal gücü ildə 10 min ədəd olacaq. “Xpeng”in qurucusu uçan avtomobilin ilk uçuşunu bu ilin sentyabrında həyata keçirdiyini bildirib.