Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Tayms of İndia” nəşrinə müsahibəsində deyib.
"Biz Rusiyanın ümid etdiyi liderlərin çoxunu orada görmədik. Bu, BRİKS-də müttəfiqliyin olmadığını deməyə əsas verir. Hesab edirəm ki, blokun özü Putin tərəfindən müharibə siyasəti ilə parçalanır. Putin dünyanı qütbləşdirmək və şərti olaraq "Qərb+” və "BRİKS+”a bölmək istəyir. Amma bu gün Putin bir neçə səbəbə görə bunu edə bilmədi. Rusiyanın sayəsində öz iqtisadiyyatlarını bərpa etmək imkanlarına baxmayaraq, BRİKS ölkələrinin liderləri Putinlə çirklənmək istəmirlər”, - Zelenski bildirib.