RU

“Qarabağ”ın 150-ci böyükhesablı qələbəsi

“Qarabağ” Azərbaycan çempionatında 150-ci böyükhesablı qələbəsini qazanıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, yubiley Premyer Liqasının11-ci turuna təsadüf edib. Ağdam klubu öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan Ağdam təmsilçisi ən çox böyükhesablı qələbə qazanan komandadır. Komanda ilk belə qələbəsini 1992-ci ildə qazanıb. “Qarabağ” mayın 6-da evdə Kürdəmir “Şirvan”ına 6:0 hesabı ilə qalib gəlib.

saytlarin hazirlanmasi

Избранный
5
18
sportal.az

10Источники