RU

"Gənclər üçün hüquqi savadlılıq" mövzusunda infosessiya keçirilib - FOTOLAR

Tədbir Tovuz 1 saylı mediasiya təşkilatı, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Tovuz Rayon Vəkil Bürosu və Gənclər Fondu, Gənclərin Karyera və İnkişaf Mərkəzi tərəfindən, "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin tərəfdaşlığı ilə keçirilib.

QHT.az xəbər verir ki, İnfosessiyada Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tovuz Rayon Vəkil Bürosunun vəkili, Tovuz 1 saylı Mediasiya Təşkilatının direktoru Elşad Rəhimov çıxış edərək gənclərə hüquq və vəzifələri, mediasiya institutu haqqında ətraflı məlumat verib.

Tədbirdə həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordiantoru Elmar Rzalı və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru v.m.i.e. Eynur Məmmərzəyev iştirak edib. Qazax rayonunda oxuyan Universitet tələbələri və müxtəlif sahələrdə çalışan gənclərə cəmiyyətdə hansı hüquqlarının olması, hüquqlardan istifadə imkanları izah olunduğu tədbirdə həmçinin Azərbaycan Respublikası Mediasiya Şurası və Tovuz 1 saylı mediasiya təşkilatı barədə geniş məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, mediasiya bukletləri, Mediasiya Şurası və Tovuz 1 saylı mediasiya təşkilatının logolarının təsvir olunduğu qələmlər hədiyyə edilib və xatirə şəkli çəkdirilib.

Избранный
9
qht.az

1Источники