RU

Bakıda köməkçi tikilidə və qarajda yanğın olub, xəsarət alan var

Bakıda köməkçi tikilidə və qarajda yanğın olub. “Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 192 m² olan birmərtəbəli mansard tipli (1-ci mərtəbədə 1 otaq, qaraj, qazanxana və mətbəx yerləşir) köməkçi tikilinin mansardının yanar konstruksiyaları 96 m² sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 78 m² sahədə, qarajın içərisində “Volkswagen" markalı minik avtomobilinin yanar hissələri, 1 ədəd “Golf Car” avtomobili, 1 ədəd skuter və 1 ədəd generator yanıb.

Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
16
23
azpolitika.info

10Источники