RU

Gürcüstan prezidenti seçkinin nəticələrini tanımadı


Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu”nun qalib gəldiyi son parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib.

Musavat.com-un məlumatına görə, gürcü prexident nəticələri "tamamilə saxta" adlandırıb və müxalifətin etiraz aksiyasına qatılacağını bəyanlayıb.

"Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi", - o vurğulayıb.

“Bu gün burada ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram”, - deuə Zurabişvili bildirib.


Избранный
63
19
nuh.az

10Источники