RU

"Donald Trampın ABŞ seçkilərində mümkün qələbəsindən qorxmuruq"

“Ukrayna Donald Trampın ABŞ seçkilərində mümkün qələbəsindən qorxmur, çünki əmindir ki, heç bir Amerika lideri Rusiyanın müharibədə qələbəsinə töhfə verməyəcək”.

Demokrat.az
xəbər verir ki, bunu İtaliyanın “Corriere Della Sera” nəşrinə müsahibəsində Ukrayna Prezident Aparatının rəhbəri Andriy Ermak deyib.

“Biz qorxmuruq, demək olar ki, üç il davam edən müharibədən sonra, əlbəttə ki, ABŞ-ın siyasəti bizim üçün böyük əhəmiyyət kəsb edir və biz çox yaxşı bilirik ki, Amerika cəmiyyəti bizim tərəfimizdədir" - Ermak bildirib.

O bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı hazırkı prezident Co Bayden, eləcə də prezidentliyə namizəd Kamala Harrislə isti söhbətlər edib. Ermak eyni zamanda vurğulayıb ki, Trampla da söhbət “çox yaxşı” keçib.

Избранный
9
1
demokrat.az

2Источники