“Gürcü Arzusu” ən yüksək səsi Bakıdakı seçki məntəqəsində toplayıb
Gürcüstanda keçirilən parlament seçkiləri zamanı xaricdə açılan seçki məntəqələri arasında hakimiyyətdə olan “Gürcü Arzusu” partiyası ən çox səsi Bakıda yerləşən 2 saylı seçki məntəqəsində əldə edib. Yeniavaz.comGürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına istinadən xəbər verir ki, Bakıda yerləşən 2 saylı seçki məntəqəsində 292 nəfər Gürcüstan vətəndaşı səs verib və onların 96,5%-i və ya 282 nəfəri hakim “Gürcü Arzusu” partiyasına səs verib. Bakıda yerləşən digər seçki məntəqəsində - 4 saylı məntəqədə isə hakim “Gürcü Arzusu” partiyası 84% səs alıb.