RU

Mətbuat katibindən jurnalistlərə HÖRMƏTSİZLİK: "Zənglərinizə cavab verə bilmirəm" - FOTO 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu jurnalistlərin zənglərinə cavab verməyəcəyini bildirib.

 

Mətbuat katibi bu haqda qurumun media nümayəndələri üçün yaratdığı vatsap qrupunda qeyd edib:


"Əziz həmkarlar, bir daha xatırladım ki, suallarınızı sizə təqdim etdiyimiz nömrəyə yönləndirməyə məqsədəuyğundur. Mənə zəng edirsiz, obyektiv səbəbdən cavab verə bilmirəm".


Ceyhun Musaoğlu jurnalistlərə bunun əvəzində 055-253-25-55 mobil nömrəsi ilə əlaqə saxlamağı bildirib. 


Mətbuat katibinin bu addımı jurnalistlərin qınağına və gülüşünə səbəb olub. Mediaya cavabdeh rəsmi şəxsin, mətbuat katibinin bu addımı birmənalı qarşılanmayıb./Manset.az



Избранный
8
3
referans.az

4Источники