RU

Gürcüstanın hakim partiyası parlament seçkilərində 54 faizlə qalib gəlir - Yenilənib

Hakim “Gürcüstan Arzusu – Demokratik Gürcüstan” partiyası 99,26 % (3 111-dən 3 088) məntəqənin səsvermə bülletenlərinin hesablanması nəticəsində 54,23 % səslə parlament seçkilərində qalib gəlir...

“Report” Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc edilmiş ilkin məlumatlara istinadən xəbər verir ki, “Gürcüstan Arzusu” 54,234 %, “Dəyişiklik üçün Koalisiya” 10,822 %, “Birlik – Milli Hərəkat” partiyası 10,105 %, “Güclü Gürcüstan” 8,758 %, “Gürcüstan üçün Qaxariya” partiyası 7,753 % səs toplayıb.

MSK-nın məlumatına görə, digər partiyalar 5 %-lik baryeri keçə bilməyib.

Gürcüstanda parlament seçkilərində 18 seçki subyekti iştirak edib. Seçkilər ilk dəfə olaraq yalnız proporsional sistem (partiya siyahıları) üzrə və elektron texnologiyalardan – verifikasiya və səslərin hesablanması aparatlarından geniş istifadə edilməklə keçirilib.

***

Gürcüstan Mərkəzi Seçki Komissiyası ötən gün keçirilən parlament seçkilərində səslərin 79,87 faizini hesablayıb.

“Report” xəbər verir ki, səsləri hesablanmış 2 485 seçki məntəqəsinin ilkin nəticələrinə əsasən, parlament seçkilərində “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası 53,594 faiz səslə liderdir.

İkinci yerdə 11,056 faizlə “Dəyişikliklər üçün Koalisiya”, üçüncü yerdə isə səslərin 9,908 faizini toplayan “Vahid Milli Hərəkat” yer alıb. “Güclü Gürcüstan” partiyası seçicilərin 8,827 faizini, “Qaxaria - Gürcüstan üçün” partiyası isə 7,91 faizini səsini qazana bilib.

Qalan partiyalar 5%-lik baryeri keçə bilməyiblər.

Poliqon.info

Избранный
13
12
poliqon.info

10Источники