RU

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşüb – FOTO/VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikə səfəri zamanı bir vaxtlar Ümummilli Lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan mərhum çoban Xanış Şahıyevin ailəsinə baş çəkib.

Doğru.az xəbər verir ki, söhbət zamanı Ümummilli Lider Heydər Əliyevlə Xanış Şahıyev arasındakı səmimi dostluq, Prezident İlham Əliyevlə olan görüşlər xatırlanıb. Heydər Əliyevlə çoban Xanışın dostluğunu əks etdirən, müxtəlif görüşlərdən xatirə olan fotoalboma baxılıb.

Görüşdə, həmçinin ailənin şəhid övladlarının Vətən uğrundakı döyüşləri xatırlanıb.

Qeyd edək ki, Xanış Şahıyevin nəvələri Elgün və Altay qardaşları Vətən müharibəsi zamanı şəhid olublar. Onların əmiləri Camal və Hüseyn Şahıyevlər isə Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıblar.

DOĞRU.AZ

image-17299511995703120923_1200x630 image-17299511993722665160_1200x630 image-17299511994930061913_1200x630 image-1729951199140418275_1200x630 image-172995119933428369_1200x630 image-17299511992852252907_1200x630 image-1729957080754839412_1200x630 image-17299511991804360251_1200x630 image-1729951199471323948_1200x630 image-17299511991833221868_1200x630

 

Избранный
8
35
dogru.az

10Источники