İranın paytaxtı Tehrandakı Fələstin meydanında ibrani dilində “Daha bir fırtına yaxınlaşır" sözləri yazılmış nəhəng pankart açıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti yazır.
"İsrailin İrana hücumundan və xarici medianın Tehranın cavab verməmək niyyəti barədə xəbərlərindən bir neçə saat sonra Fələstin meydanında "Daha bir fırtına yaxınlaşır" yazılmış nəhəng pankart asılıb”, - deyə yazıda bildirilir.
Qəzet qeyd edir ki, “fırtına” sözünün guya ərəbcə müharibənin ləqəbinə işarədir. Bu yeni plakat iki gün əvvəl meydanda asılmış əvvəlkini əvəz edib. Köhnə afişada Qəzza zolağında oğurlanmış israillilərlə bağlı ibrani və fars dillərində yazılmışdır: “Qaçırılan heç bir şəxs azad edilməyəcək”.
Qəzet qeyd edib ki, Tehranın mərkəzində yerləşən Fələstin meydanı Fələstin məsələsi ilə bağlı hadisələrin mərkəzi rolunu oynayır.