RU

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 463 Bakı şəhəri, 23 oktyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 143-8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş İdarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyası istisna olmaqla) xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarının məbləğləri”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 84 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 143-8 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə -“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş İdarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyası istisna olmaqla) xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilsin (əlavə olunur, məxfi).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Избранный
55
xalqqazeti.az

1Источники