RU

Kaxa Kaladze Gürcüstan müxalifətinə xəbərdarlıq edib

“Gürcüstanda müxalifət partiyaları xalqın dəstəyini almır, ölkədə çevriliş və ya inqilab təşkil edə bilməyəcəklər”.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze deyib.

“Müxalifətin ölkədə çevriliş və ya inqilab etmək imkanı yoxdur. Çevriliş edəndə cəmiyyətin, xalqın dəstəyini almalısan. Bu gün müxalifət, bu radikal qrup məğlub olub. Əgər kimsə qanunsuz addımlar atmağa cəsarət etsə, dövlət tərəfindən çox sərt reaksiya olacaq”, - Kaladze bildirib.

Избранный
13
12
demokrat.az

10Источники