RU

Azərbaycan Premyer Liqası: "Sumqayıt" səfərdə "Səbail"i üstələyib

Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Oxu.az xəbər verir ki,, "ASCO Arena"da "Səbail"in "Sumqayıt"ı qəbul etdiyi görüşdə qonaqlar minimal hesablı qələbəyə sevinib.

Yeganə qolu 51-ci dəqiqədə Silvanus Nimeli rəqib qapısından keçirib.

Bu qələbə sayəsində "Sumqayıt" xallarının sayını 10-a çatdırıb. "Səbail" isə 7 xala malikdir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" "Zirə" görüşü isə heç-heçə başa çatıb - 1:1.

19:36

Misli Premyer Liqasında "Araz-Naxçıvan" "Zirə" ilə heç-heçə edib.

hakimiyyet.az xəbər verir ki, XI tur çərçivəsində keçirilən 1-1 hesabı ilə başa çatıb

Qarşılaşmada hesab 31-ci dəqiqədə açılıb. Qonaqların heyətində Georgi Papunaşvili adını tabloya yazdırıb. Yekun nəticəni isə final fitinə 1 dəqiqə qalmış penalti zərbəsini dəqiq yerinə yetirən Felipe Santos müəyyənləşdirib.

Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarının sayını 21-ə, "Zirə" isə 17-yə çatdırıb.

Günün digər matçı isə "Səbail" və "Sumqayıt" komandaları arasında davam edir.

09:14

Azərbaycan Premyer Liqasının XI turunda daha iki görüş keçiriləcək.

hakimiyyet.az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Zirə" ilə, "Səbail" isə "Sumqayıt"la qarşılaşacaq.

Qeyd edək ki, XI tura "Sabah" - "Neftçi", "Qarabağ" - "Şamaxı" görüşləri ilə yekun vurulacaq.

26 oktyabr

Azərbaycan Premyer Liqası

XI tur

Saat 16:00, "Araz-Naxçıvan" - "Zirə"

Saat 18:30, "Səbail" - "Sumqayıt"

Избранный
10
26
hakimiyyet.az

10Источники