Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, Gəncə, Qax, Balakən, Altıağac, Quba, Qusar, Xaçmaz, Zaqatala, Şəki, Ağsu, Xaltan, Şabranda arabir yağış, Şahdağda isə qar yağıb. Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir saniyədə 15 metrədək güclənib.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-də 18, aran rayonlarında 20, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.