RU

Gürcüstanda parlament seçkiləri: Seçici fəallığı 50,6% təşkil edib - YENİLƏNİB

Gürcüstanda keçirilən parlament seçkilərində saat 17:00-da (Bakı vaxtı ilə 17:00) seçicilərin 50,6%-i iştirak edib.

Adalet.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

2020-ci il parlament seçkilərində bu vaxta qədər seçici fəallığı 45,77% idi.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri keçirilir. Belə ki, ölkədə 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir. Bu seçkilərdə 3 508 294 seçici (95 910 nəfəri xarici ölkələrdə) səs verə biləcək. Səsvermə saat 20:00-da başa çatacaq.

***

16:18

Gürcüstanda parlament seçkilərində seçici aktivliyi 41,62 faizə çatıb.

Adalet.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

    Qeyd olunub ki, saat 15:00-dək 1 milyon 454 min 837 seçici səsvermə hüququndan istifadə edib. Ən böyük seçici aktivliyi Tbilisidə (437 426) qeydə alınıb. Azərbaycanlıların lompakt yaşadığı Kvemo Kartlidə 142 851 nəfər səs verib.

    Избранный
    9
    44
    adalet.az

    10Источники