RU

Hər efirə çıxan aparıcı deyil..

İndi hər yerindən duran aparıcılıq eləyir.

Ağızlarından sanki horra tökülür. İTV - də bir aparıcı var, dili pəltəkdir.  Ay başına , pəltəkdən  də aparıcı olar? Olar, niyə olmur?!  Qəribəsi odur ki, istedadı qabiliyyəti oldu- olmadı, çoxları aparıcı olmaq istəyir. Birincisi aparıcının savadı olmalıdır. İkincisi də onun gözəl nitqi, yaxşı danışıq mədəniyyət olmalıdır. Amma indi iki eşşəyin arpasın  bölə bilməyənlər aparıcılıq eləyir. ARB kanalının " Elgizlə izlə" verilişinə aparıcı olmaq üçün çoxlu sayda gənclər müraciət edib. Özü də onların əksəriyyəti  qızlardır. Məşhur olmağın ən asan yolu aparıcılıqdır.

Burda pis heç nə yoxdur. Amma pis odur ki, aparıcı olmaq istəyənlərin orta məktəb səviyyəsində savadları yoxdur. Elgiz aparıcı olmaq istəyən xanımlardan birinə belə sual ünvanladı:" Cəfər Cabbarlı şairdir, yazıçıdır, yoxsa, dramaturq?" Qızsa, cavab verdi:- Şair!   C.Cabbarlını tanımayandan heç aparıcı olarmı!

Və onlar elə bilirlər ki , oynamaq hırıldamaq aparıcı olmaq deməkdir.Çox təəssüf ki, bəziləri elə aparıcını  belə təsəvvür edir.Bizim universitetdə bir fəlsəfə müəllimimiz  vardı. Deyirdi ki, fəlsəfə düm- düm halvası deyil. İndi aparıcılıq da  halva deyil, yuxaya büküb yeyəsən.Aparıcı saatlarla canlı efirdə danışmağı bacaran, gözəl danışığı ilə seçilən istedadlı adamlar olmalıdır.!

Emil Faiqoğlu 

Избранный
21
adalet.az

1Источники