RU

Gürcüstanla bağlı BƏDBİN PROQNOZ

Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. 

Yeni seçki sisteminə görə, partiyalar və koalisiyalar parlamentə keçmək üçün 5 faizlik həddi aşmalıdır. Müxalifət partiyaları bu səbəbdən koalisiyalar formalaşdırıb.

Bəs parlamentə hansı partiyalar düşə biləcək?

ZEYNAL

Musavat.com xəbər verir ki, politoloq Zeynal Əmrəliyev öz sosial media hesabında mövzunu bu cür şərh edib:

“Gürcüstan xalqı bu gün tarixi seçkiyə gedir. Əsas mübarizə Qərblə münasibətləri pisləşmiş Bidzina İvanişvili və Qərbə yaxın müxalifət arasında gedir. Parlamentə keçmək üçün 5 faizlik baryer var. 2 partiya – iqtidardakı “Gürcü Arzusu” və həbsdəki keçmiş prezident Mixail Saakaşvilinin qurduğu ana müxalifət Vahid Milli Hərəkat Partiyası parlamentə rahat düşəcək. Bundan başqa, daha 2 partiyanın – keçmiş baş nazir Georgi Qaxariyanın eyni adlı partiyasının və milyarder Mamuka Xazaradzenin Güclü Gürcüstan Naminə Partiyaları da baryeri keçə bilərlər. Qaxariya 2019-cu il hadisələri zamanı daxili işlər naziri olub. Müxalifətdə sevilən şəxs deyil. Saakavşili ilə münasibəti pisdir. Rəsmi şəkildə bildirib ki, əgər koalisiya yaradılacaq olsa, qəti şəkildə Vahid Milli Hərəkatla masaya oturmayacaq. Ehtimal ki, Qaxariya parlamentə keçərsə, keçmiş partiyası olan “Gürcü Arzusu” ilə anlaşacaq. Xazaradze isə İvanişvilinin istər biznes, istər siyasətdə əsas rəqibidir. Onun partiyası qalib gələrsə, “Gürcü Arzusu” hökuməti qanuni yolla devrilə bilər”.

Politoloqun fikrincə, istənilən halda seçki sonrası uzunmüddətli mitinqlər və kütləvi iğtişaşlar gözləniləndir:

“Müxalifətin qalib gəlməsi Qərbin Gürcüstanda möhkəmlənməsinə səbəb olacaq. Rusiya ilə münasibətlər kəskinləşə bilər. Hətta toqquşma riski də var. “Gürcü Arzusu”nun qalib gəlməsi isə Gürcüstanda dindar –  pravoslav dövlət və olduqca milliyyətçi cəmiyyətin qurulması ilə nəticələnək. Məhz İvanişvilinin xeyir-duası ilə son zamanlar ölkədə dindar və millətçi mühafizəkar qruplar dirçəlib, bundan əvvəlki seçkidə onlar iqdidarın dəstəyi ilə parlamentə də gəldilər”.

Zeynal Əmrəliyev bildirib ki, adı çəkilən qüvvələr Azərbaycana və Türkiyəyə qarşı heç də xoş münasibət bəsləmirlər və Rusiya ilə münasibətlərin düzəlməsini arzu edirlər:

“Gürcü Pravoslav Kilsəsi hələ də Moskva Pravoslav Kilsəsinin faktiki nəzarəti altındadır. Onlar düşünürlər ki, Rusiya bütün Gürcüstanı işğal etsə belə, dəyişən bir şey olmaz. Çünki ruslar gürcü milli kimliyini qoruyub saxlayacaqlar. Bu qruplar gələcəkdə hakimiyyətə də yiyələnə bilər. Onlar bizim üçün böyük təhdiddir. Azərbaycan üçün ən sərfəlisi Gürcüstanda nə Qərbə, nə də Rusiyaya meyilli olan tam bir bitərəf milli hökumətin qurulmasıdır”.

Избранный
13
1
editor.az

2Источники