RU

Xalq artisti Şahlar Quliyevlə vida mərasimi keçirilib - YENİLƏNİB-2

Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyevlə vida mərasimi keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Təzə Pir məscidində baş tutan mərasimdə mərhumun yaxınları, sənət yoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ş.Quliyevin nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.

***

12:37

Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə İqtisadiyyat.az-a mərhumun ailə üzvləri məlumat verib.

Qeyd olunub ki, Şahlar Quliyevlə vida mərasimi saat 14.00-da Təzə Pir məscidində keçiriləcək. Vida mərasimindən sonra cənazə dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.

***

09:52

Azərbaycanın Xalq artisti, opera müğənnisi Şahlar Quliyev vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sənətçinin oğlu, tanınmış aktyor Nofəl Şahlaroğlu məlumat verib.

Qeyd edək ki, 78 yaşlı Şahlar Quliyev uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. O, 2005-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, Prezident təqaüdçüsü idi

Избранный
11
36
iqtisadiyyat.az

10Источники