RU

Gürcüstanda parlament seçkilərində seçici fəallığı məlum olub

Gürcüstanda parlament seçkilərində saat 10:00-a olan məlumata görə seçici aktivliyi 9,27 faiz təşkil edib.

Olaylar xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) istinadla məlumat verib.

Ən yüksək aktivlik Raça-Leçxumi bölgəsində qeydə alınıb, burada seçicilərin 12,09 faizi səs verib, ən aşağı aktivlik isə 7,65 faiz səviyyəsində Quriya bölgəsində olub.

Regionlar üzrə iştirak nisbəti belədir: Sameqrelo-Zemo Svaneti - 8,23 faiz, Acara - 7,81 faiz, Tbilisi - 10,07 faiz, Kaxeti - 10,05 faiz, Mtsxeta-Mtianeti - 10,42 faiz, Kvemo Kartli - 8,47 faiz, Şida Kartli - 9,66 faiz, Samtsxe-Cavaxeti - 8,75 faiz, Raça-Leçxumi və Kvemo Svaneti - 12,09 faiz, İmereti - 8,12 faiz, Quriya - 7,65 faiz.

Qeyd edək ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 20:00-da bağlanacaq.

Ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün 3 111 seçki məntəqəsi, o cümlədən xaricdə rekord sayda - 67 məntəqə yaradılıb. Xaricdə yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verə bilərlər.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edəcək.

Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sistem əsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldə etmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.

Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi də tətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələri bağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxunun sayılması və nəticələrin açıqlanması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
7
olaylar.az

10Источники