RU

Doğum gününü əri ilə Los-Ancelesdə qeyd etdi - FOTO/VİDEO

Dünya şöhrətli Hollivud aktyoru Jan-Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadənin doğum günü olub.
 
Musiqiçi özəl gününü həyat yoldaşı Kristoferlə Los-Ancelesin restoranların birində romantik şam yeməyində qeyd edib.
 
Suada həm özünün həmdə ərinin çəkdiyi foto və görüntülərini instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
 
Hacızadə paylaşımına “Sevgimlə Los-Ancelesin inanılmaz ləzzətlərindən və mənzərələrindən dadaraq, heyrətamiz Yamashiroda ad günümü keçirtdim. Unudulmaz bir günün sehrli sonu. Mənim ikinci yarım (həyat yoldaşı Kristoferi nəzərdə tutur – red.) və Los-Anceles mənzərəsi” sözlərini yazıb.
 
Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. (olay)

 

Избранный
6
6
moderator.az

7Источники