Şəkidə toyda ölüm hadisəsi baş verib.
Gundem.az Milli.Az-a istinadən xəbər verir ki, Şəkidə yerləşən şadlıq saraylarından birində keçirilən toy zamanı bəyin qohumunun halı pisləşib.
1982-ci il təvəllüdlü L.Şıxəliyeva oynayarkən özünü pis hiss edib və yıxılıb. Qadın şadlıq sarayında vəfat edib.
Bildirilib ki, L.Şıxəliyeva ürəktutmadan dünyasını dəyişib.
Hadisə səbəbindən məclis vaxtından tez yekunlaşıb.
Faktla bağlı araşdırma aparılır.