RU

Yatdıqları otaqdakı sobanın borusunda quşlar yuva qurubmuş...

Xəbər verdiyimiz kimi, Tovuzda iki qardaş dəm qazından boğularaq vəfat edib.

Publika.az xəbər verir ki, Xəzər TV hadisənin baş verdiyi yerdən sujet hazırlayıb.

Belə ki, Sumqayıt sakinləri olan Ramiz və Rafiq Bayramov qardaşları yas mərasimi üçün Tovuza gedərək ata evində gecələyiblər.

Yaxınlarının verdikləri məlumata görə, qardaşların yatdığı otaqdakı qaz sobasının borusunda quşlar yuva qurubmuş. Onlar sobanı yandıraraq yuxuya gediblər. Səhər isə cansız bədənlərini bacıları aşkarlayıb.

Избранный
9
12
publika.az

10Источники