RU

İsrail İranı bombaladı, gərginlik pik həddinə çatıb - TƏCİLİ

Image

İsrail hərbçiləri İranın paytaxtı Tehranda hərbi obyektlərə zərbələr endirib. Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri İranın raket istehsalı müəssisələrinə zərbələr endirib. İran tərəfinin açıqlamasında Tehran və onun ətrafında baş verən hər hansı insidentlə bağlı müraciətlərin olmadığı bildirilib.

***

İsrail Ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib. Bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb. "Bu yaxınlarda İsrail Müdafiə Ordusu İranın bir neçə bölgəsində hərbi hədəflərə dəqiq və hədəfli zərbələr endirməyi başa çatdırdı", - məlumatda deyilir.

"Kəşfiyyat məlumatlarına görə, Hərbi Hava Qüvvələri təyyarələri İranın son bir il ərzində İsrail Dövlətinə atdığı raketlərin istehsalı üçün istifadə olunan istehsal müəssisələrinə zərbələr endirdi", odrunun açıqlamasında deyilir. Bəyanatda, həmçinin qeyd olunur ki, İran rejimi hücumlarını davam etdirsə İsrail Dövləti vətəndaşlarını qorumaq hüququnu özündə saxlayır.

Həmçinin ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Daniel Hagari bildirib ki, İran regionda vəziyyətin gərginləşməsinin yeni mərhələsinə başlayacağı təqdirdə İsrail Ordusu cavab verməyə məcbur olacaq.
Mətləb





Избранный
5
1
baki-xeber.com

10Источники