RU

İsrail İrana hücum etdi - Video + Fotolar

İsrail Müdafiə Qüvvələri İrandakı hərbi obyektlərə zərbələr endirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.

“İranın İsrail dövlətinə qarşı aylardır davam edən hücumlarına cavab olaraq hazırda İsrail Müdafiə Qüvvələri İrandakı hərbi obyektlərə dəqiq zərbələr endirir”, - bəyanatda bildirilib.

İsrail ordusunun sözçüsü Daniel Haqari İrandakı hərbi hədəflərə zərbə endirdiklərini təsdiqləyərək bunun İranın son aylardakı hücumlarına cavab olduğunu bildirib.

İranın “Fars” xəbər agentliyinin məlumatına görə, İranın paytaxtı Tehran yaxınlığında ən azı beş partlayış səsi eşidilib.

Xatırladaq ki, İran oktyabrın 1-də  İsrailə kütləvi raket hücumu həyata keçirib.




Избранный
10
50
qafqazinfo.az

10Источники