Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun nişanlısı, model Corcina Rodriges xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə model "Instagram" səhifəsində məlumat verib.
O, pnevmoniyaya görə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda xəstəxanaya yerləşdirildiyini və dörd gün sonra evə qayıtdığını bildirib. Model həkimlərinə təşəkkür edib.