RU

Ermənistanda Aİ-yə üzvlüklə bağlı imza toplanması başa çatdı

Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı referendumun keçirilməsi üçün tələb olunan 50 min imza əvəzinə 60 min imza toplanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın "Eurovote" imzatoplama qərargahı öz feysbuk səhifəsində məlumat yayıb.

“Bu imza toplusu təkcə Ermənistan vətəndaşlarının azadlıq və milli ləyaqət istəyinə deyil, həm də ümumbəşəri dəyərlər və Avropa gələcəyi naminə cəmiyyətimizin siyasi yetkinliyinə və birliyinə dəlalət edir. Bu, bizim böyük regionumuzda cərəyan edən geosiyasi proseslərdə mühüm impulsdur”, - bəyanatda deyilir.

Nəşr qeyd edir ki, prosesin təşəbbüskarı olan siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri toplanmış imzaları tezliklə Ermənistan Mərkəzi Seçki Komissiyasına təqdim etmək niyyətindədirlər, o, müvafiq yoxlamalardan sonra onları baxılmaq üçün ölkə parlamentinə göndərəcək.

Avropa İttifaqına daxil olmaq üçün referendumun keçirilməsi ilə bağlı imza toplamaq təşəbbüsünü qərbyönlü siyasi qüvvələrin yaratdığı “Demokratik Qüvvələrin Platforması” qaldırıb.

Turan İSMAYIL

Избранный
29
2
redaktor.az

10Источники